"Apple" köhnə iPhone və iPad modelləri üçün vacib yenilənməni təqdim etdi. Sözügedən yenilənmə iOS 12.4.7 versiyasıdır.

Open.az xəbər verir ki, update (yenilik) əlavə və ya yeni funksiyalar gətirməsə belə cihazın işini təmin edən vacib məqamlara aid olacaq.

Şirkət, iOS 12.4.7 yenilənməsini dəstəkləyən hər bir cihazın sözügedən versiyanı yükləməyini tövsiyyə edib. iOS 12.4.7 yenilənməsi "hava" ilə yayılaraq smartfonlara yüklənə bilir.

Qeyd edək ki, update "iPhone 5s", "iPhone 6", "iPad Air", "iPad mini 2" və "iPad mini 3", həmçinin altıncı nəsil "iPod touch" cihazlara tətbiq edilə bilər.
Sözügedən bu cihazlara, 2019-cu ilin sentyabr ayı ərzində təqdim edilən iOS 13 və iPadOS 13 yenilənməsini tətbiq etmək olmayacaq.