Məşhur "Forbes" jurnalı dünyanın ən bahalı markalarının siyahısını dərc edib.

Open.az TASS-a istinadən xəbər verir "Apple" korporasiyası dünya markalarının reytinqinə başçılıq edib.

Şirkət 266 milyardda gəlirlə ön sırada qərarlaşıb. Üçlüyə 136 milyard gəlirlə "Google" və " 110 milyard gəlirlə "Microsoft" düşüb.

"Amazon" ən bahalı dünya markalarının reytinqinin 4-cü pilləsində yer alıb.

Onu "Facebook", "Coca-Cola", "Samsung", "Disney", "Toyota" və "McDonald's" izləyib.

Gülnar Qafarlı