"Apple Air Pods" qulaqcıqlarının "Realme Buds Air Neo" adlı rəqibi nümayiş etdirilib.

Open.az xəbər verir ki, 2 il ərzində texno-bazarı fəth edən "Xiaomi" şirkətinin subbrendi "Realme" məşhur "alma platformasına" məxsus qulaqcıqların münasib versiyasını təqdim edib.

Sözügedən qulaqcıq, 13 millimetrlik drayverlər, Bluetooth 5.0 dəstəyi ilə təchiz edilib, cihaz avtonom şəkildə 17 saat ərzində çalışa bilir.

Qeyd edək ki, "Realme Buds Air Neo" qulaqcıqlarının rəsmi təqdimatı 25 may tarixində baş tutacaq. "Apple Air Pods" rəqibinin qiyməti isə cəmi 39 ABŞ dolları dəyərindədir.