“Apple” şirkəti ABŞ dövlət orqanlarına istifadəçilərin məlumatlarına daimi girişi təmin etməkdən imtina edib, lakin istintaqda əməkdaşlıq etməyə razılıq verib.

Open.az şirkətin bəyanatına istinadən xəbər verir ki, “Apple” Səudiyyə Ərəbistanı hərbçisi Məhəmməd əl-Şamraninin ABŞ Hərbi Dəniz Qüvvələri Pensakola bazasında vurulmasından sonra Federal Təhqiqat Bürosunu (FTB) bütün mövcud məlumatla təmin edib və istintaqla fəal əməkdaşlığa qoşulub.

Şirkət bu və minlərlə başqa iş çərçivəsində FTB və digər hüquq-mühafizə orqanları ilə hər gün əməkdaşlıq edildiyini, lakin məlumatlara daimi daxil olmaq üçün texniki imkanın verilməsinin məqsədəuyğun olmadığını bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ baş prokuroru Vilyam Barr (William Barr) “Apple” şirkətini Rusiya və Çin ilə əməkdaşlıqda, ABŞ xüsusi xidmət orqanlarına kömək etmək istəməməkdə ittiham etmişdi. O, şirkətin məxfilik hüququnu müdafiə etdiyini, lakin işgüzar maraqlara uyğun gəldiyi təqdirdə "avtoritar rejimlərlə əməkdaşlıq etməyə" hazır olduğunu bildirib.

Musa Qoca