“Apple” şirkəti Kupertinoda yeni “iPhone 12”u nümayiş etdirib.

Open.az xəbər verir ki, yeni texnologiyalara həmçinin iki başqa smartfon “iPhone 12 mini” və “iPhone 12 Pro Max” daxildir.

Gözlənildiyi kimi, modelin əsas xüsusiyyətlərindən biri 5G simsiz şəbəkələrinə dəstək verməsidir.

Smartfon OLED ekrana və yeni ultra güclü şüşə qoruyucu “Ceramic Shield”ə malikdir. Həm də əvvəlki versiyaya nisbətən 11 faiz daha nazik, 15 faiz kiçik və yüngüldür.