Bir müddət əvvəl sosial şəbəkələrə təsadüf nəticəsində sızan "Android 11 Developers Preview" əməliyyat sistemi haqqında anonsun ardınca, bazanın özü artıq təqdim edilib.

Open.az xəbər verir ki, Androidin yeni versiyası beşinci nəsil şəbəkə 5G-ni dəstəkləyəcək.

"Google" yaradıcılarıyenilik üzərində xeyli çalışaraq, bir sıra məqamlara xüsusi nəzər yetirib. Sözügedən sistem ekranlarda dəlikləri olan smartfonlar və displeyləri maili formalı cihazlara tətbiq üçün tənzimlənib.

Android 11 əməliyyat sistemində ən əsas olaraq platformanın ümumi iş qabiliyyəti, yerləşmə və təhlükəsizlik funksiyalarının işi mükəmmələşdirib. Beləliklə, istifadəçilər ümumi sistemi "update" etdikdən sonra yalnız bir dəfə bütün tətbiqlərə geolokasiyanı bildirmə imkanı əldə edəcək.

Vizual olaraq isə bazada hələ heç bir yenilik müşahidə edilmir.