"Epic Games Store" oyun servisindən başqa "Google" şirkəti də ara-sıra istifadəçiləri ödənişsiz oyunlar ilə sevindirir. Bu dəfə isə oyunçular, "Monument Valley 2" oyununu Android cihazlarına yükləyə biləcək.

Open.az xəbər verir ki, "Monument Valley 2" - məntiq oyunudur. Oyunun əsas şərti isə hər mərhələnin sonunda personajı çıxışa gətirməkdən ibarətdir. Bunun üçün oyunçuya mərhələni çevirərək, bəzi elemetlərin yerini dəyişdirmək icazə verilir.

"Google Play" istifadəçiləri "Monument Valley 2" oyununu 5 bal üzərindən 4,8 ilə qiymətləndirib. Şərh bölməsində oyunçular; ümumi oyun prosesini, səs effektini və qrafik stili bəyəndiklərini qeyd ediblər.

Qeyd edək ki, 2017-ci ildə sözügedən oyun "The Game Awards" mükafatını "Ən yaxşı mobil oyunu" nominasiyasında qalib gələrək, əldə edib.

Günel Gözəlova