"Apple" şirkəti özünəməxsus çinli saytda maraqlı bir elan paylaşıb. Belə ki, şirkət "iPhone" smartfonlarını əldə etmək istəyən şəxslərə bu fürsəti onların smartfonları əvəzinə təklif edib.

Open.az xəbər verir ki, dəyişim kampaniyası "Apple" brendinə məxsus həm köhnə modellərə, həm də Android cihazlarına aid edilir.

Lakin sizin telefonunuz şirkətin təqdim etdiyi "barter" siyahısında yoxdursa, o zaman istəyinizə uyğun olaraq cihaz utilizasiyaya ödənişsiz şəkildə göndərilir.

Qeyd edilir ki, şirkət "Android" cihazları üçün xeyli ucuz qiymətlər təklif edir. Məsələn, ötən il ərzində təqdim edilən "Huawei P30" smartfonu üçün maksimum olaraq 28 ABŞ dolları məbləğində qiymət təyin edib. "Huawei Mate 9" smartfonu üçün qiymət eyni, "Oppo R11 və R11s" smartfonları üçün 49 ABŞ dolları, köhnə "Xiaomi Mi 6 " - 63 ABŞ dolları, "Xiaomi Mi 8" smartfonunun barteri isə 105 dollara başa gəlir.

Lakin "Apple" məhsullarına nəzər salsaq, barter zamanı "iPhone XS Max" üçün 527 dollar, "iPhone XS" üçün isə 485 ABŞ dolları təklif olunur.