“AliExpress” şirkəti Çanşi Çin Hava limanından Moskvaya əlavə müntəzəm yük reysləri açaraq əşyaların çatdırılma müddətini xeyli azaldacaq. Uçuşlar beynəlxalq logistika operatoru “Cainiao” (“Alibaba Group “şirkətinə məxsus “Cainiao Network”), Çin və Rusiya poçtlarının dəstəyi ilə həyata keçiriləcək.

Open.az xəbər verir ki, reyslərin sayının artırılması yanvar-mart aylarında Çanşi hava limanında yükdaşımanın 10 faiz çoxalması ilə əlaqəlidir.

Məlumatda bildirilir ki, yeni hava limanından malların çatdırılması bütün alıcılar üçün gözləmə müddətini azaldacaq. “AliExpress Plus” istifadəçiləri üçün evə çatdırılma müddəti qeydiyyatdan günündən etibarən 15 günə endirilir. Yeni reyslər bu müddəti daha 5 gün azaltmağa imkan verəcək.

Ayna Fərhad