Çinin internet ticarəti nəhəngi “Alibaba” şirkətinin təsisçisi və rəhbəri Cek Ma bu gün rəsmən vəzifəsindən ayrılacaq.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Cek Ma üçün 80 min nəfərlik Hangzhou Olimpiya Sport Mərkəzi stadionunda vida ziyafəti təşkil olunacaq.

Onun vəzifəsinə Daniel Zhang gətiriləcək.

Qeyd edək ki, keçmiş ingilis dili müəllimi olan Cek Ma "Alibaba"nı 20 il əvvəl Hangzhou şəhərində kiçik bir mənzil dairəsində qurub.

O, Çinin ən varlı adamlarından biri sayılır. Cek Manın sərvəti 40 mlrd. ABŞ dolları dəyərində qiymətləndirilir.

Gülnar Qafarlı