"Apple" şirkəti son olaraq "AirPower" naqilsiz şarj alətini "basdırdı". Bu barədə məşhur insayder Con Prosser şəxsi "Twitter" səhifəsində məlumat paylaşıb.

Open.az xəbər verir ki, insayderin mənbələri "Apple" brendinin 2021-ci ildə təqdim edəcəyi məhsulların sınaq qrafiki ilə tanış olublar. Nəticədə isə məşhur nəhəngin "AirPower" şarj alətinin bütün versiyalarını sınaq qrafikindən çıxartdığı məlum oldu.

Beləliklə də, tanınmış insayder Con Prosser əldə edilən məlumata əsasən brendin: "AirPower"i yenidən basdırdılar" yazılı tviti paylaşaraq təəssüf hissini gizlədə bilməyib.

Xatırladaq ki, "AirPower" aləti ilə bir neçə "alma" brendinin məhsulları eyni anda enerji ehtiyyatı ilə təmin olunacaqdı.