Vaşinqton Çinin "Huawei" telekommunikasiya şirkətinə qarşı bəzi məhdudiyyətlərin qoyulmasını təxirə salıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyindən məlumat yayılıb.

ABŞ Ticarət Nazirliyi qara siyahıdakı "Huawei"yə tətbiq olunan ticarət məhdudiyyətlərinin bir qismini 90 gün müddətində dayandırdığını açıqlayıb.

90 günlük müvəqqəti lisenziyalar "Huawei"lə işgüzar münasibətdə olan şəxs və ya şirkətlərə, onların avadanlıqları və şəbəkələrinin təhlükəsizliyini təmin etmək üçün verilib.

Gülnar Qafarlı