Dünyanın iki nəhəng smartfon bazarı Çin və Hindistana aiddir. Son illərdə ikinci smartfon bazarında, çin istehsalı olan cihazlar meydanı ələ keçirsə də hindli "Reliance Duo" şirkəti vəziyyəti öz ölkəsinin xeyrinə dəyişmək niyyətindədir.

Open.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkət "Xiaomi" kimi nəhənglə mübarizəni "Android" platforması üzərindən çalışa bilən və ümumi dəyəri cəmi 54 ABŞ dolları olan smartfonla başlayacaq.

Qeyd edək ki, hal-hazırda "Xiaomi" Hindistanın smartfon bazarında lider mövqeyində qərarlaşıb.

"Reliance Duo", münasib qiymətli "Jio Phone" smartfonunu ərsəyə gətirmək üçün yerli bazarda tanınan bir sıra şirkətlər ilə danışıqlar aparır.

İstehsalçı şirkətin özünə gəldikdə isə "Reliance Duo", Cənub-Şərqi Asiyada qabaqcıl operatorlardan olaraq, 5G şəbəkəsinin inkişafı üçün aktiv şəkildə çalışan texnologiya brendlərindən biridir.