"iPhone 12" və "iPhone 12 mini" smartfonlarının ümumi dəyərinin təqdimat mərasimi zamanı səsləndirildiyindən daha baha olacağı deyilir.

Xatırladaq ki, dünən təqdim edilən "iPhone 12" və "iPhone 12 mini" modellərinin satış qiymətlərinin 699 və 799 ABŞ dolları dəyərində olacağı bildirilib.

Open.az şirkətin rəsmi saytının yerləşdirdiyi məlumata istinadən xəbər verir ki, yuxarıda qeyd edilən qiymətlər ilə sözügedən modelləri amerikalı "Verizon" və "AT&T" operatorlarından əldə etmək mümkündür. Əgər alıcılar blokdan çıxarılmış yenilikləri "T-Mobile" və "Sprint" operatorlarının köməyi ilə əldə etmək istəsələr o zaman əlavə 30 ABŞ dolları ödəməli olacaqlar.

Bu isə "iPhone 12 mini" modelinin 729 ABŞ dolları, "iPhone 12" smartfonunun isə 829 ABŞ dollarından başlayan start qiymət ilə satışa çıxarılacağı deməkdir.