“Bu il müvafiq kateqoriyadan olan imtahanda iştirak edən nəzarətçi və müəllimlər 80 rayon və şəhərdən seçilib”.

Open.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədri qeyd edib ki, Fəxri fərmanla 38 müəllim təltif olunub:

“Onlar ən azı 25 imtahanda iştirak ediblər. 600-dan çox bal toplayan abituriyent həmin nəzarətçilərin işini müsbət qiymətləndiriblər. Bu il imtahanda iştirak edən 50 nəzarətçi-müəllim Vətən Müharibəsində iştirak ediblər. Onlardan 4 nəfəri şəhid olub”.