Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı oktyabrın 31-də ixtisas imtahanlarının yazılı test mərhələsi keçiriləcək.

Kollegiyadan Open.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə-elektronlaşdırılmış qaydada aparılacaq.

İmtahanda 245 namizəd iştirak edəcək.

Namizədlər şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməklə oktyabrın 31-i saat 09:00-da Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzində olmalıdırlar.