Xəbər verdiyimiz kimi, bu gün magistratura səviyyəsinə qəbul imtahanı keçirilib.

Open.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) saytına istinadən məlumatına görə, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Qeyd edək ki, imtahanlar respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılıb. İmtahanda iştirak üçün 19885 bakalavr ərizə təqdim edib. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.