Təhsil Nazirliyi müddətli müqavilə əsasında çalışan digər şəxslər üçün müsahibələrin keçiriləcəyini açıqlayıb.

Nazirlikdən Open.az-a verilən məlumata görə, hazırda müsahibələrin təşkili üçün müvafiq hazırlıq işləri görülür. Müsahibələrin keçiriləcəyi dəqiq tarix barədə məlumat veriləcək.