Təhsil naziri Ceyhun Bayramova yeni müşavir təyin olunub.

Təhsil Nazirliyindən Open.az-a bildirilib ki, Anar Nəcəfli bu vəzifəyə nazir Ceyhun Bayramovun əmri ilə gətirilib.

Xatırladaq ki, Anar Nəcəfli bu vaxtadək nazirlikdə sektor müdiri vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, Anar Nəcəfli "Nə? Harada? Nə zaman?" intellektual oyununda Azərbaycanı təmsil edən komandanın üzvlərindən biridir.