Təhsil naziri Ceyhun Bayramov 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevun fiziki təzyiqə məruz qalmasına münasibət bildirib.

Open.az xəbər verir ki, mətbuat konfransında nazir müəllimə və məktəb rəhbərinə qarşı belə hərəkətlərin edilməsi qəbuledilməz bir hal kimi qiymətləndirib: "Azərbaycan cəmiyyətində müəllimə həmişə böyük hörmət və rəğbət edilib. Cəmiyyətdə ən hörmətli adamlardandır müəllimlər".

Nazir qeyd edib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları məşğul olurlar: "Araşdırma aparırlar. Hesab edirəm ki, bu işə düzgün hüquqi qiymət veriləcək. Biz müdaxilə etmək istəməzdik".