Təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinə bir sıra təklif irəli sürüb.

Open.az xəbər verir ki, ekspert təklifləri sosial şəbəkə hesabında yayımlayıb.

O bildirib ki, nazirlik qış aylarında ibtidai siniflərdə dərslərin saat 9-da başlanması barədə göstəriş verilsin: "Məktəblərin 100 metr yaxınlığında şəxsi avtomobillərin dayanmasının qadağan edilməsi barədə müvafiq qurumlara müraciət edilsin. Ödənişli əsaslarla şagirdləri daşımaq üçün müəyyən xətlər üzrə avtobuslar təşkil olunsun. Müəllim və şagirdlərin oxuması üçün müasir tələblərə cavab verən kitab kataloqu müəyyən edilsin. Sonuncu təkli isə məktəblərin mühafizə olunması qaydaları işlənib hazırlansın və bu işə xüsusi bacarıqları olan xanımlar da cəlb olunsun".

Şəfiqə