“Buraxılış imtahanlarının keyfiyyət göstəriciləri əhəmiyyətli şəkildə yüksəlib”.

Open.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illərdə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50 faizdən 67 faizədək yükləsib: “Son 5 ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində davamlı artım dinamikası müşahidə edilir. Belə ki, bu müddətdə qəbul imtahanlarında 300-dən yuxarı bal toplayanların sayı 26,5 faiz, 400-dən 35,1 faiz, 500-dən 51,5 faiz, 600-dən çox bal toplayanların sayı isə 81,3 faiz artıb. Cari ildə 3127 nəfər abituriyent 600-dən yuxarı bal toplayıb ki, bu da 2013-cü il ilə müqayisədə 2 dəfə artım deməkdir”.

Şəfiqə