Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da keçirilmiş sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.

DİM-dən Open.az-a verilən məlumata görə, hazırda imtahan materiallarının emalı aparılır.

Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.