Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı məktəblərdən birində şagirdin dərsdən qaçarkən ikinci mərtəbədən yerə tullanması ilə bağlı yayılan videoya münasibət bildirib.

İdarədən Open.az-a verilən məlumata görə, qeyd olunan videogörüntünün hansı məktəbə aid olduğu bəlli deyil: "Bu kimi hallar yolverilməzdir. Məsələ ilə bağlı müvafiq araşdırma aparılır. Videogörüntünün hansı məktəbə aid olduğu müəyyən edildikdən sonra müvafiq tədbirlər görüləcək. Qeyd edək ki, təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi qabaqlayıcı tədbirlər görülür".

Həmin görüntüləri təqdim edirik:


Şəfiqə Nazimqızı