Rezidenturanın boş qalan yerlərinə ərizə qəbulu bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən Open.az-a bildirilib ki, 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul olanların qeydiyyatı başa çatıb. Boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılmış namizədlər avqustun 8-i saat 16:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əsli və surətini təqdim etməklə, Mərkəzə (ünvan: Bakı şəhəri, Ə.Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası) şəxsən müraciət edə bilərlər.

Boş qalan yerlərə qəbul olan namizədlərin qeydiyyatı isə avqustun 9-da aparılacaq.