Respublika Fənn Olimpiadalarının (RFO) respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanan şagirdlərin adları açıqlanıb.

Təhsil Nazirliyindən Open.az-a verilən məlumata görə, 12.01.2020 tarixində RFO rayon (şəhər) mərhələsi keçirilib.

Nəticələrə əsasən Respublika təşkilat komitəsi və münsiflər heyətinin qərarı ilə müvafiq fənlər və siniflər üzrə keçid faizi aşağıdakı kimi müəyyənləşdirilib:

Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və kimya fənləri üzrə 50%, fizika və tarix fənləri üzrə 30%, Biologiya fənni üzrə 9-cu sinif 30%, 10-cu sinif 40%, 11-ci sinif 50%, Coğrafiya fənni üzrə 9-cu sinif 40%, 10-cu və 11-ci siniflər 50%, İnformatika fənni üzrə 9-cu və 10-cu siniflər 50%, 11-ci sinif 30 % müəyyən edilib.

Aşağıdakı keçidlər vasitəsilə müvafiq fənlər üzrə növbəti mərhələdə iştirak edəcək şagirdlərin adlı siyahısı ilə tanış ola bilərsiniz. Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin ümumi nəticələrini yerli təhsil idarəetmə orqanlarından, həmçinin ümumtəhsil müəssisələrindən əldə edə bilərsiniz.

Qeyd edək ki, rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində iştirakı təsdiq edilən beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək. Şagirdlərin ümumi nəticələri barədə məlumat yerli Təşkilat komitələrinə göndərilib. Növbəti mərhələyə qeydiyyat 05-15 fevral 2020-cu il tarixlərində www.olimpiada.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

RFO təşkilat komitəsi və münsiflər heyəti növbəti mərhələyə keçən bütün şagirdlərə uğurlar arzulayır.

Azərbaycan dili və ədəbiyyat

Biologiya

Coğrafiya

Fizika

İnformatika

Riyaziyyat

Kimya

Tarix