Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında tutduğu vəzifədən - Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri postundan azad edilib.

Bu barədə Dövlət İdarəçilik Akademiyasından məlumat verilib.

Akademiyadan bildirilib ki, Dövlət qulluğu və kadr siyasəti kafedrasına yeni müdir də seçilib. Belə ki, bu vəzifəyə Rəcəb Zakir oğlu Rəhimli təyinat alıb. (modern.az)