Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib.

Open.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook" hesabında məlumat paylaşıb

O bildirib ki, şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar: "Hazırda isə müalicələrini Bakı City Hospitalda davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik".

Qeyd edək ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı yanvarın 23-də məktəbə gedərəkən minik avtomobili vurub.

Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib

Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib