Azərbaycanda keçirilən "Məktəblilərarası II robot Olimpiadası"nda "Hardware Control" kateqoriyası üzrə I yerin qalibi olan məktəbli Yasin Quliyev 56 min dollar təqaüd qazanıb.

Open.az xəbər verir ki, dünyanın bir çox univeristetlərini ( University of Massachusetts Boston, Suffolk University Boston, University of South Florida, Illinois State University, Bahçeşehir Unveristesi 100/100 burs) bilik və bacarığı ilə qazanan Yasin Türkiyənin Sabancı Univeristetindən 56.000 dollar təqaüd qazanıb və ali təhsilini həmin Universitetin "Kompüter Mühəndisliyi" bölməsində davam etdirəcək.

Qeyd edək ki, Yasin "II Robot Olimpiadası"nda "Hardware Control" kateqoriyası üzrə birinci olub. O, yol pulu səbəbindən Meksikada keçirilən beynəlxalq yarışa qatıla bilməyib.

Yasin Quliyevin yarışda iştirakı üçün maddi dəstək göstərilməsi xahişi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə edilən müraciətə "maliyyə vəsaitinin ayrılması nazirliyin imkanı xaricindədir" cavabı verilib.

Gülnar Qafarlı

Nazirliyin xaricə yola salmağa pul tapmadığı olimpiya çempionu 56 min dollar təqaüd qazandı

Nazirliyin xaricə yola salmağa pul tapmadığı olimpiya çempionu 56 min dollar təqaüd qazandı