Ötən gün Bakının Sahil qəsəbəsi 253 nömrəli məktəbdə “Məktəbinin dostu” layihəsində çalışan xanım özünü narahat hiss edib və huşunu itirərək yıxılıb.

Open.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Mətbuat katibi Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, müəssisə tərəfindən dərhal təcili tibbi yardım maşını çağırılıb və xanım şəhər klinik xəstəxanasına çatdırılıb: "İlkin yardım göstərilərək müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir".