Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Cəlilabad rayonu Təzəkənd kənd 1 nömrəli tam orta məktəbdə də olub.

Open.az xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov verib.

Onun sözlərinə görə, məktəbin şagird- müəllim kollektivi ilə görüşən nazir müavini siniflərdə olub: "Binaya baxış keçirib. Məktəb kollektivi ilə görüşdə təhsil ocağının əsaslı təmir üçün Dövlət Proqramına daxil edildiyini bildirib”.

Şəfiqə Nazimqızı