Biz tezliklə başlayacaq təhsillə bağlı məsələ haqqında da düşünməliyik.

Open.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

B.Əliyev pandemiya dövründə təhsil məsələsinə də toxunub: “Biz tezliklə başlayacaq təhsillə bağlı məsələ haqqında da düşünməliyik. Təhsilimizin bu şəraitdə səmərəli təşkili üçün yollar araşdırılmalıdır və bunun üçün TƏBİB və Təhsil Nazirliyi bir yerdə müvafiq qaydaları işləyib hazırlamalıdır. Çünki 1-ci siniflərdən başlayaraq biz təhsilə münasibətimizi yeni şəraitə uyğunlaşdırmağa çalışmalıyıq".