"Microsoft" şirkətinin internet saytında Azərbaycanın rəqəmsal təhsil təcrübəsindən bəhs edən məqalə dərc olunub.

Open.az xəbər verir ki, məqalədə Təhsil Nazirliyinin pandemiya dövründə fəaliyyəti barədə geniş məlumat öz əksini tapıb və "Necə oldu ki, bir nazirlik tez bir zamanda onlayn sinif otaqları yaratmaq üçün düzgün strategiya, resurs və texnologiya tapa bildi?" sualına hərtərəfli cavab təqdim edilib.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovun da fikirlərinin yer aldığı məqalənin tərcümə olunmuş versiyasını təqdim edirik:

"Azərbaycan: necə oldu ki, bir nazirlik tez bir zamanda onlayn sinif otaqları yaratmaq üçün düzgün strategiya, resurs və texnologiya tapa bildi? Nə qədər ki, dünyadakı məktəblər səhiyyə ilə bağlı çağırışlara cavab verə bilirdi, məsafədən öyrənmə vasitələrinə ehtiyac bir o qədər vacib deyildi. Məsafədən təhsilə keçidi daha da sadələşdirmək məqsədilə Azərbaycan hökuməti martın 3-dən bütün təhsil müəssisələrini bağladı. Təhsilin fasiləsizliyini təmin etmək məqsədilə bir neçə fərqli həll yolları nəzərdən keçirildi. Təhsil Nazirliyi problemin həlli üçün mövcud olan ən yaxşı çıxış yolu kimi bütün ali təhsil müəssisələrinə "Teams" platformasından istifadə edilməsini tövsiyə etməklə öz dəstəyini göstərdi.

Məsafədən təhsilə keçidin daha asan əlçatanlığını təmin etmək məqsədilə “Microsoft Azərbaycan” komandası “Bestcomp Group”, “Edumedia” və Təhsildə İnnovativ Texnologiyalar şirkətlərinin birgə dəstəyi ilə məktəblərə, müəllimlərə, tələbə və onların ailə üzvlərinə yeni öyrənmə üsullarını daha asan mənimsəmək üçün köməklik göstərdi.

Nazirliyin verdiyi məlumata görə, təhsil üçün fəaliyyət göstərən "Microsoft Teams" digər alternativlərlə müqayisədə məlumat paylaşımına icazə verən vahid mühiti təmin etməklə yanaşı, həm də, əməkdaşlıq, görüşlər və qiymətləndirmələrin aparılması üçün imkanlar yaradır.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirir ki, “Microsoft Teams" təhsil sisteminin bütün ehtiyaclarını qarşılamaq iqtidarındadır və bunun üçün "Microsoft"un yerli ofisi hər cür tərəfdaş dəstəyini göstərmək üçün hər zaman hazır idi.

Tələbələrin məsafədən təhsilə cəlb olunması üçün onları bu işə təşviq etmək, xüsusilə ilk dəfə olaraq məsafədən təhsillə tanış olanlar üçün bu anlayış bir az çətin ola bilər. Bu işin həyata keçirilməsi üçün müəllimlərin daha çox dəstəyə ehtiyacı vardır. 12 illik təhsil pilləli olan məktəblər üçün Təhsil Nazirliyi şagird və müəllimlərin rahatlıqla qeydiyyatdan keçərək elmi biliklər, qiymətləndirmə və onlayn dərslərə çıxışını təmin edən və "Teams" bazası üzərində qurulmuş "Virtual məktəb" platformasını istifadəyə verdi. Bu platformada bütün elektron kitablar, video dərslər, əlavə təhsil proqramları və mərkəzləşdirilmiş test nümunələrini tapmaq mümkündür. Bütün bu resurslar üz-üzə görüşləri təmin etmək, tapşırıq və müzakirələri bir-birinə inteqrasiya etmək üçün vahid bir mərkəzdə cəmləşdirilib.

Bu gün milyondan çox şagird və 100 min müəllim platformada qeydiyyatdan keçərək ondan aktiv şəkildə istifadə edir. Bu layihə "Teams"in imkanlarından istifadə etməklə minlərlə video hazırlayan müəllimlərə dəstək məqsədilə yerli onlayn və TV kanalları vasitəsilə geniş işıqlandırılıb.

İndi "PowerBI" izləmə texnologiyasından istifadə etməklə Azərbaycandakı hər bir bölgənin və hər bir məktəbin bilik səviyyəsini qiymətləndirmək mümkündür. Eyni zamanda "Virtual məktəb" ölkə daxilində əməkdaşlıq və birgə fəaliyyət üçün ən geniş onlayn platformaya çevrilib.

Bu məqam bir nazirliyin çox qısa bir zamanda şagird, müəllim və bütün pedaqoji heyətə yeni əlaqə və öyrənmə üsullarını əlçatan edən onlayn sinif otaqları yaratmaq üçün necə düzgün strategiya, resurs və texnologiya tapa bilməsinin ən gözəl nümunəsidir. Hətta 50 ali təhsil müəssisəsinin 30-u və peşə təhsili müəssisələrindən olan 100 mindən çox "Teams" istifadəçisi bundan sonra da "Microsoft Teams" platformasından istifadəni davam etdirəcəklərinə qərar veriblər.

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini daimi fəaliyyət göstərən bir layihə olaraq qalması, tələbələrə dəstək və təhsildən, öyrənmə mühitindən kənar düşməməsi üçün bütün lazımi işləri görür. Təhsil Nazirliyi eyni zamanda gündəlik daxili görüşlər üçün də "Microsoft Teams" platformasından istifadə edir.

"Microsoft Teams", "Forms", "Minecraft Education Edition" və "Stream"in digər imkanlarından mərkəzləşdirilmiş monitorinq, məlumat paylaşımı, öyrənmə nəticələrinə çevik reaksiya verərək düzəlişlər etmək və.s üçün də istifadə ediləcək".

Məqalə aşağıdakı linkdə təqdim olunur:

https://news.microsoft.com/en-cee/2020/07/09/azerbaijan-how-one-ministry-found-the-right-strategy-resources-and-technology-to-quickly-create-online-classrooms/