Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır.

Təhsil Nazirliyindən Open.az-a verilən məlumata görə, tətil 27-31 yanvar tarixlərini əhatə edəcək.

Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü iş günüdür.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.