Azərbaycanda 2019-2020-ci dərs ilinin 5 günlük tətilinə yanvarın 27-də start veriləcək.

Open. az xəbər verir ki, tətil yanvarın 31-dək davam edəcək. Bununlada ölkə məktəblərində birinci yarımil yekunlaşacaq.

İkinci yarımilin dərslərinə fevralın 1-dən başlanılacaq.

Qeyd edək ki, məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

Növbəti tətil isə ibtidai siniflər üçün may ayında olacaq. 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.