Bu həftə magistratura səviyyəsinə qəbul olunan bakalavrların əmrləri müvafiq ali təhsil müəssisələrinə göndərilib.

Dövlət İmtahan Mərkəzindən Open.az-a verilən məlumata görə, boş qalan yerlərə qəbul və qeydiyyat prosesi bitdikdən sonra ayrılmış 9753 plan yerindən 8301 (o cümlədən 3078 DS əsasında) yer tutulub.

Plan yerləri 85.11% dolub.