“Bu ildən magistratura imtahanı birmərhələli oldu. Hazırda magistraturaya ixtisas seçimi ilə bağlı karantin rejiminə görə ali təhsil müəssisələri ilə də danışıqlar aparılır”.

Open.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nərminə Bayramova bildirib.

Onun sözlərinə görə, magistraturaya ixtisas seçimi yaxın günlərdə elan ediləcək: “Çox güman ki, magistraturaya ixtisas seçimi iyulda keçiriləcək”.