Kürdəmir rayonunda Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbin tavanı çöküb.

Hadisə ilə bağlı Open.az-a açıqlama verən məktəbin direktoru Abduləli Qocayev bildirib ki, kolidorun tavanı dərs zamanı uçub.

Onun sözlərinə görə, şagirdlər dərsdə olduğu üçün heç bir xəsarət alan olmayıb: "Dərslərini də normal şəkildə axıra kimi keçiblər. Hadisə ilə bağlı aidiyyatı qurumlara, Təhsil Nazirliyinə məlumat verilib. Gəlib baxacaqlar. Yeni məktəb tikintisi olmalı idi, amma bəzi səbəblərə görə tikinti müvəqqəti saxlanılıb”.

Qeyd edək ki, ilk xəbəri A24.az saytı yayıb.

Şəfiqə Nazimqızı