Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Open.az-a verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Təhsil formasıQəbul planıQəbul olunubQəbulolma
Azərbaycan bölməsiRus
bölməsi
Bölmələr üzrə cəmifaizi
Dövlət ödənişsiz43604113144425797.64
Dövlət ödənişli5131465992475192.59
Özəl7156731468796.08
Cəmi102069445250969594.99

Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə

Təhsil formasıQəbul planıQəbul olunubQəbulolma
Azərbaycan bölməsiRus
bölməsi
Bölmələr üzrə cəmifaizi
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar84828104204830897.95
Xüsusi qabiliyyət tələb edən ixtisaslar1724134146138780.45
Cəmi102069445250969594.99

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar avqustun 8-dən 23-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.