Təhsil eksperti Kamran Əsədov kollec məzunlarının ali təhsil müəssisələrinə qəbulu ilə bağlı bəzi vacib qeydləri barədə məlumat verib.

Open.az həmin qeydləri təqdim edir:

1.Bitirmə ilindən asılı olmayaraq bütün kollec məzunları qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə ali məktəblərə qəbul olunmaq hüququna malikdirlər. Amma onlar qəbul imtahanında da iştirak edib yüksək balla digər ixtisaslara qəbul ola bilərlər.

Bu hüquq diplomunda kolleci bitirmə ilindən asılı olmayaraq subbakalavr sözü olan bütün məzunlara verilir.

2. Hər kəs kollecdə bitirdiyi ixtisas üzrə ali məktəbə müsabiqədən kənar qəbul ola biləcək və ya məzunun ixtisasların uyğunluğu (müvafiqliyi) təmin edilməklə həyata keçiriləcək.

3. Əgər kollec məzunu bu il ali məktəbə qəbul üçün sənəd verib imtahanlarda iştirak edib müəyyən nəticə əldə edibsə, onun müsabiqədənkənar qəbul şansı qüvvədə olacaq.

4. Bakalavriat səviyyəsinə qəbul olunmaq istəyən subbakalavrların ərizələrinin qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.

5. Kollec məzunları yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər.

6. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavrlar DİM-in keçirəcəyi qabiliyyət imtahanından keçdikdən sonra müsabiqə şərtlərinə uyğun qiymət aldıqları tədqirdə ixtisas seçimi edə biləcəklər.

7.Kollec məzunları qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra seçim edə biləcəklər. Yəni onlar ancaq boş qalan plan yerlərini seçmək imkanına malik olcaqlar. Bu o deməkdir ki, I, II,III və IV qruplar üzrə ixtisas seçimi 24 iyul - 6 avqustda keçiriləcək və nəticələr 8 avqustda açıqlanacaq. Ondan sonra 15 - 19 avqustda boş qalan yerlərə ixtisas seçimi olacaq və onun nəticəsi 21 avqustda açıqanacaq. Yanız bundan sonra yerdən qalan plan yerlərinə kollec məzunları ixtisas seçimi edib qəbul ola biləcəklər. yəni kollec məzunlarının ali məktəblərə qəbulu avqust ayında baş tutacaq. Amma ona qədər onların elektron ərizə qəbulu, ixtisas uyğunlaşması prosesi həyata keçiriləcək.

8. Kollec məzunları elektron ərizələrində 15-ə qədər ixtisas seçə biləcəklər və müsabiqədən keçdiyi ilk ixtisasa yerləşdiriləcəklər.

9. kolleci fərqlənmə diploma ilə bitirənlər 250 bal toplamış olacaqlar. Amma kolleci digər qiymətlərlə bitirənlər isə ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) uyğun olaraq 200-249-bala qədər qiymətləndiriləcəklər.

Vacib qeyd:

1.Təhsil nazirliyi tərəfindən 2012-ci ildən sonra bitirənlər bu hüquqdan istifadə edə bilər deyir, bu yalnışdır. 2009-cu ildə keşmiş Baş nazir Artur Rasi-zadənin subbakalavr ilə bağlı qərarı var. Bundan başqa 2009-cu ildə qəbul edilmiş Təhsil haqqında qanunun 1.0.40-cı bəndinə görə orta ixtisas təhsili məzunlarına subbakalavr dərəcəsi verilir və bu bütün orta ixtisas təhsili məzunlarına şamil olunur. Yəni dərəcələrin bərabər tutulması, eyniləşdirilməsi haqqında qərar var.
Digər tərəfdən ölkədə 2010-cu ildən kollec məzunlarının diplomlarında subbakalavr dərəcəsi ifadəsi var. Bu o deməkdir ki, dəyişiklik hamıya şamil olunur, təkcə 2012-ci ildən sonra məzun olanlara yox.

2. Təhsil nazirliyinin nümayəndəsi deyir ki, qəbul imtahanı verənlərlə kollec məzunları eyni anda ixtisas seçimi edəcəklər, bu yanlışdır. Çünki qərarın 3.5-ci hissəsində deyilir ki, qəbul imtahanı verənlər yerləşdirildikdən sonra kollec məzunları seçim edə biləcəklər. Bu o deməkdir ki, kollec məzunları ancaq boş qalan plan yerlərini seçə biləcəklər.