“Son günlərdə koronavirusa yoluxma halının sürətlə artmasını və ölkədəki hərbi vəziyyəti də nəzərə almaqla müvafiq qərar verilib”.

Open.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, yoluxma sayının artması təhsil müəssisələrində artıma təkan verə bilər: “Bunu nəzərə alaraq iki həftəlik müddətə ölkə ərazisində bütün məktəblərdə tətil elan olunub. İnanmaq istəyirik ki, iki həftə ərzində virusun yayılmasını azalda bilərik".