"Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərdə kadr təyinatı məsələsi Təhsil Nazirliyinin diqqətindədir".

Open.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, eyni zamanda həmin məktəblərdə təhsil alan şagirdlərin dərsliklərlə təmin olunmasını Təhsil Nazirliyi öz üzərinə götürüb.