Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi iyulun 13-dən etibarən martın 18-dən təxirə salınan 17.09.2019-cu il və 13.01.2020-ci il tarixli müsabiqə elanları üzrə müsahibələrin onlayn qaydada keçirilməsinə başlayıb və Mərkəzin internet portalında dövlət qulluğuna qəbul üzrə müsahibələrin keçirilmə qrafiki yerləşdirilib.

Open.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına və ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, qrafikdə müsahibələrin keçirilməsi ilə bağlı bəzi dəyişikliklər edilib.

Bu səbəbdən namizədlərə Mərkəzin internet portalınında “Müsabiqə üzrə müsahibə və ümumi müsahibələrin keçirilmə qrafiki” bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunur.