Dövlət İmtahan Mərkəzində (DİM) sanitar-gigiyenik qaydalara uyğun olaraq müxtəlif ixtisas sahələri üzrə Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan beynəlxalq imtahanlar təşkil edilib.

Open.az xəbər verir ki, Pearson VUE tərəfindən təqdim olunan “Digital Marketing Institute” şirkətinin “Certified Digital Marketing Professional” sertifikat imtahanı və “Association of Certified Anti-Money Laundering Specialists” təşkilatının “CAMS 6 English” adlı sertifikat imtahanı keçirilib.

Ümumilikdə imtahanlarda həftə ərzində 5 nəfər iştirak edib və iştirakçıların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.