Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 26 mart üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb.

Nazirlikdən Open.az-a verilən məlumata görə, sabah Azərbaycan dili bölməsi üçün 10:00-da fiziki tərbiyə; 10:10-da X sinif Kimya, İngilis dili, Coğrafiya, Biologiya; 10:50-də VI sinif Riyaziyyat, Azərbaycan tarixi, Fizika, Biologiya; 11:20-də I sinif Azərbaycan dili, Riyaziyyat; 11:40-da II sinif Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 12:05-də III sinif Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 12:40-da IV siniflər üçün Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi dərsləri olacaq.

Rus dili bölməsi üçün 13:30-da I sinif Rus dili, Riyaziyyat, Həyat bilgisi; 13:50-də VI sinif Rus dili, Fizika, Biologiya; 14:25-də VII sinif Riyaziyyat, Biologiya, Coğrafiya; 14:55-də IX siniflər üçün Rus dili, Riyaziyyat, Kimya dərsləri keçiləcək.

“Dərs vaxtı” proqramının sabahkı dərs cədvəli açıqlanıb