Bakıda daha bir orta məktəb koronavirusa görə distant dərslərə keçib.

Open.az xəbər verir ki, Trend-in məlumatına görə, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən 106 saylı tam orta məktəbdə COVİD-19 səbəbindən artıq iki gündür ki, tədris distant şəkildə keçirilir. Məlumatı məktəbdən təsdiq ediblər.

Qeyd olunub ki, növbəti həftənin ikinci günündən dərslərin adi qaydada bərpası planlaşdırılır.