“İnşallah, cəbhəyə könüllü gedən tələbələr geri dönəndən sonra təhsillərini davam etdirəcəklər”.

Open.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Təhsil naziri deyib ki, əsas o tələbələrin zəfərlə geri qayıtmalarıdır: “Bildiyiniz kimi, sosial həssas qrupdan olan tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı qərar var. Keçən semestr 15 mindən çox tələbəyə ödənişlər edilib. Oktyabrın sonu, noyabrın əvvəli 12 min tələbə üçün yenidən təhsil haqqı ödənişi ediləcək. Bu il birinci kursa qəbul olan tələbələrə də müraciətlər əsasında müvafiq qaydada ödəniş edilməsi nəzərdə tutulub. Bu qayda ilə bu semestr 15 mindən çox tələbənin maliyyələşdirilməsini nəzərdə tuturuq”.