Bu gün Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində media-tur təşkil olunub.

Open.az xəbər verir ki, ADNSU-nun rektoru Mustafa Babanlı təhsil sistemində aparılan islahatların öz bəhrəsini verdiyini bildirib.

Rektorun sözlərinə görə, UFAZ 2016-cı ildə dövlət proqramına əsasən ikili diplom prosesinə qoşulub:

"Fəaliyyət göstərdiyi 3 il ərzində əldə olunan nəticələr yüksək səviyyədədir. Bu il birinci kurs tələbələri qış imtahan sessiyası zamanı ən yüksək nəticə göstəriblər. İlk dəfə imtahanlarda 94 faiz uğurlu nəticə əldə edilib.Qeyd etməliyəm ki, bu Strasburq Universitetindəki nəticələrdən yüksəkdir. Strasburq Universitetində anoloji proqram üzrə nəticələr 34-35 faiz olub. Bunun da əsas səbəbi bizim iki mərhələli qəbul prosesi ilə bağlıdır. Nəticədə biz cəmiyyətin qaymaqlarını universitetə dəvət edirik. Bu vaxta qədər yalnız üç əcnəbi tələbə universitetə qəbul olub ki, onların imtahan nəticələri yerli tələbələrdən aşağıdır. Lakin təəssüfləndirici haldır ki, bu ildən tələbələr arasında köçürmə hallarına rast gəlinir və bu hallara qarşı tədbirlər görüləcək".

Şəfiqə