Bakı Dövlət Universitetinin (BDU) Tarix və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin birgə təşkilatçılığı ilə mayın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir” mövzusunda virtual elmi konfrans keçiriləcək.

Open.az xəbər verir ki, elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaq.

Virtual elmi konfransda iştirak etmək istəyənlər mayın 30-u saat 17:00-dək bextiyar030@hotmail.com ünvanına müraciət edə bilərlər.