Bu gün Azərbaycanın bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınıb.

Open.az-ın fotoqrafı paytaxtın Rəşid Behbudov küçəsində yerləşən 8 nömrəli tam orta məktəbindən fotoreportaj hazırlayıb.

Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən “Son zəng” tədbirləri məktəblərin həyətində keçirilib.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirib.

2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirib.

Foto: Sultana Əhmədbəyli